Dünya bazarında “Azeri Light” neftinin qiyməti artıb
31 Yanvar 2026 12:15   Paylaş

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Stabil.az" ticarət məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,46 ABŞ dolları və ya 0,63% artaraq 73,35 ABŞ dollarına çatıb.

Qeyd edək ki, əvvəlki qiymət 72,89 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycanın bu ilki dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları hesablanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol