Dünya Bankı: Ötən ay Avropada təbii qazın qiyməti 5%-ə yaxın artıb
Dünya Bankının məlumatına görə, may ayında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU üçün 16,17 dollara yüksələrək aylıq müqayisədə 4,93% artıb.
"Stabil.az" bu barədə Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu ilin birinci rübündə Avropada təbii qazın orta qiyməti 13,63 dollar təşkil edib, bu da ötün ilin müvafiq dövrünün göstəricisi (14,41 dollar) ilə müqayisədə 5,41% azdır.
Bank xatırladır ki, 2025-ci ildə Avropada qazın orta qiyməti 11,96 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (10,96 dollar) ilə müqayisədə 9,1% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Hesabata əsasən, cari ilin may ayında ABŞ-da təbii qazın 1 mln. BTU-ya görə orta qiyməti 2,93 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (2,77 dollar) ilə müqayisədə 5,8% çoxdur.
Bildirilir ki, bu ilin birinci rübündə ABŞ-da təbii qazən orta qiyməti 4,75 dollar təşkil edib, bu da ötün ilin müvafiq dövrünün göstəricisi (4,15 dollar) ilə müqayisədə 14,5% çoxdur.
Qeyd olunur ki, ötən il ABŞ-da qazın orta qiyməti 3,53 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (2,19 dollar) ilə müqayisədə 61,2% çoxdur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





