Dubay Duty Free mağazaları kriptovalyuta ilə ödənişləri qəbul etməyə başlayıb
Dubayın beynəlxalq hava limanlarında fəaliyyət göstərən Duty Free mağazaları Yaxın Şərqdə ilk dəfə malların ödənişi üçün kriptovalyuta qəbul edir.
"Stabil.az"ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə əmirliyin rəsmi qurumlarının açıqlamasında bildirilib.
“Dubayın “Duty Free” mağazalar şəbəkəsi rəqəmsal ödənişlər üçün tənzimlənən həll yolu təqdim edərək “Crypto.com Pay” sistemini rəsmən işə salıb və Yaxın Şərqdə bunu edən ilk pərakəndə satış obyekti olub”, – deyə açıqlamada qeyd olunub.
Yenilik Dubay və Əl-Məktum beynəlxalq hava limanlarını əhatə edir.
Ödənişi həyata keçirmək üçün Crypto.com platformasının pulqabılarında kriptovalyutası olan müştərilər sadəcə tətbiqi açmalı və terminaldakı QR kodu oxutmalıdırlar. Sistem kriptovalyutanı avtomatik olaraq dirhəmə çevirərək mağazanın hesabına köçürəcək.
Rəsmi açıqlamada həmçinin bildirilir ki, Dubay hakimiyyəti 2026-cı ilin sonunadək özəl sektordakı əməliyyatların 90 faizini nağdsız formata keçirməyi hədəfləyir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





