Dubay Beynəlxalq Hava Limanı təhlükəsizlik səbəbindən fəaliyyətini dayandırıb
İranın hücumları səbəbindən Dubay hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə "Dubai Media Office" "X" sosial şəbəkəsində məlumat yayıb.
"Sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir", - bəyanatda bildirilib.
Hava limanının fəaliyyətinin bərpa olunma vaxtı hələlik dəqiqləşdirilməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




