DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən 4 Azərbaycan vətəndaşını həbs edib
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs edib.
"Stabil.az" Dövlət Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində hərbi münaqişələrdə iştirak etmələrinin müəyyən edilməsi və hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan vətəndaşı iştirak etmiş, bir qismi həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldığı təsbit edilmişdir.
Əməliyyat nəticəsində Azərbaycan vətəndaşları — 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlu — Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etdikləri sübuta yetirildiyindən, 2026-cı ilin yanvar ayında saxlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DTX vətəndaşlara bir daha xəbərdarlıq edir ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslər məsuliyyətə cəlb olunacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





