DSK açıqladı: Azərbaycana turist axını 11 %-ə yaxın azalıb
21 May 2026 12:24   Paylaş

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azdır.

"Stabil.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 26,7 %-i Rusiya, 22,4 %-i Türkiyə, 8,7 %-i İran, 5,3 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 3,0 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,2 %-i Çin, 2,1 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,4 %-i İsrail, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 70,9 %-ini kişilər, 29,1 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 % artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 % artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 % azalaraq 289,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

4 ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı illik müqayisədə 4,8 % azalaraq 602,4 min nəfər olub. Vətəndaşlarıın 40,8 %-i Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 7,5 % çox), 16,8 %-i Rusiyaya (1 % az), 10,8 %-i Gürcüstana (7,1 % az), 7,9 %-i İrana (31,4 % az), 23,7 %-i isə digər ölkələrə (12,1 % az) gedib. Gedənlərin 67,3 %-ni kişilər, 32,7 %-ni qadınlar təşkil edib.

Vətəndaşların 69,7 %-i hava, 28,2 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol