Dövlət teatrlarının əsasnamələri və struktur cədvəlləri yenilənib
Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar qəbul edib.
"Stabil.az" bu barədə Mədəniyyət Nazirliyinə istinadən məlumat verib.
“Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərləri, sahə üzrə ekspert və mütəxəssislər, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.
Yeni əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyən edilməsinə xidmət edir. Qəbul edilmiş qərarlar teatr müəssisələrinin dayanıqlı inkişafını təmin etməyə, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətini yüksəltməyə, idarəetmə proseslərində şəffaflıq və ardıcıllığı gücləndirməyə yönəlib.
Eyni zamanda, “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyasında teatr sənətinin inkişafı ilə bağlı strateji hədəflər müəyyən edilib. Bu çərçivədə teatr sahəsində hüquqi bazanın mərhələli təkmilləşdirilməsi, o cümlədən teatr haqqında qanunvericiliyin yenilənməsi Azərbaycan teatrının gələcək inkişafına və beynəlxalq mədəni mühitdə mövqeyinin güclənməsinə xidmət edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





