Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 5 milyard manatı ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin yanvar-iyul aylarında gəlirləri 5 milyard 56 milyon manat təşkil edib.
"Stabil.az" DSMF-yə istinadən xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat artaraq 4 milyard 48 milyon manat olub.
Bu ilin 7 ayında DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





