Dövlət sərhədində narkotik daşıyan pilotsuz uçuş aparatı məhv edilib
24 Yanvar 2026 10:05   24 Jan 2026 11:54 Paylaş

Dövlət sərhədinin etibarlı qorunması, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Yanvarın 18-də Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin PUA vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Qeyd olunub ki, DSX və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerində aparılan baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram narkotik marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol