Dövlət sərhədində 35 kiloqram narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
11 Avqust 2026 12:13   Paylaş

Dövlət sərhədində 35 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

"Stabil.az" bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 85 qram narkotik vasitə və 1980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol