Dövlət qurumlarına qarşı aşkarlanan kiberhücumların sayı 9 % azalıb
3 İyul 2026 19:31   Paylaş

Azərbaycanda bu ilin ilk altı ayında dövlət qurumlarına qarşı 457 kiberhücum indikatoru qeydə alınıb və bu göstərici illik müqayisədə 9 % azalma nümayiş etdirib.

"Stabil.az"ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Kibertəhdidlərin 306-sı daxili araşdırma, 156-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyunda isə 38 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol