Donald Tramp Xark adasına müdaxilə ehtimalını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp Amerika Ordusunun İranın Xark adasına nəzarəti ələ keçirməyə cəhd göstərməsi ehtimalını istisna etməyib.
"Stabil.az"ın məlumatına görə, o, bunu "The Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
"Ola bilsin, Xark adasını ələ keçirək. Ola bilsin yox. Bizim çox variantımız var", - Tramp deyib.
Onun sözlərinə görə, belə bir addım üçün adada müəyyən müddət Amerika qüvvələrinin olması tələb olunacaq.
"Düşünmürəm ki, onların hansısa müdafiəsi var. Biz onu çox asanlıqla ələ keçirə bilərik", - ABŞ Prezidenti əlavə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





