Donald Tramp: İran razılaşmaya hazırdır
7 Avqust 2026 17:23   Paylaş

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İran Vaşinqtonla razılıq əldə etməyə çalışır.

"Stabil.az" xəbər verir ki, Tramp bugünkü müsahibəsində bu məsələyə toxunub.

Onun sözlərinə görə, Tehran yeni zərbələrə məruz qalmaq istəmir.

"Onlar razılaşma əldə etmək istəyirlər. Baxın, aydındır ki, zərbə almaq istəmirlər. Onlar razılaşma istəyirlər. Görək necə olacaq", – ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, Tramp bu açıqlamanı ABŞ-la İran arasında Hörmüz boğazı ətrafında danışıqların davam etdiyi və tərəflər arasında mümkün razılaşma ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda səsləndirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol