Donald Tramp: ABŞ idxal olunan dərmanlara rüsumu 100 faizə qaldıra bilər
3 Aprel 2026 15:10   Paylaş

Tramp açıqlayıb ki, əczaçılıq kompaniyaları ABŞ-da istehsal qurmağa razılaşmasa, müəyyən dərmanlara idxal rüsumu 100 faiz artırılacaq.

"Stabil.az" xəbər verir ki, yeni tədbirlər fevral ayında ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilən əvvəlki tarifləri qismən əvəz etmək məqsədi güdür. Ağ Evin saytında dərc olunmuş bəyanatda qeyd olunur ki, xarici dərman istehsalçıları ABŞ hökuməti ilə reseptli preparatların qiymətlərini aşağı salmaq üçün razılığa gəlməli və istehsalı Birləşmiş Ştatlara köçürməyi öhdələrinə götürməlidirlər. Şərtə əməl edənlər üçün tariflər 20 faiz olacaq. Şərtlərin heç birinə əməl etməyən istehsalçıların dərmanlarına isə 100 faiz rüsum tətbiq ediləcək. Böyük əczaçılıq şirkətlərinin Vaşinqtonun şərtlərinə əməl etmək üçün 120 günü, kiçik şirkətlərin isə 180 günü var.

Donald Tramp, həmçinin polad, alüminium və mis məhsullarına tətbiq edilən 50 faizlik rüsumu da qüvvədə saxlayır. Lakin tərkibində metal az olan məhsullar üçün rüsum 25 faizə endiriləcək, metal tərkibi minimal olan (15 faizdən az) məhsullar üçün isə tamamilə aradan qaldırılacaq.

Tarif dəyişiklikləri aprelin 6-da qüvvəyə minəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol