DİN: Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər də saxlanılıb
Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
"Stabil.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 1 alışdırıcı, 5 tüfəng və 18 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər də saxlanılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





