DİN: Avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərindən istifadə etməyənlər olub
Bu ilin ilk üç ayında baş verən yol-nəqliyyat hadisələrində ölənlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərindən istifadə etməyənlər olub.
"Stabil.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.
Eyni zamanda vurğulanıb ki, hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





