DİN: 8 kiloqramdan çox narkotik və 1000 ədəd metadon həbi aşkar edilib
24 Mart 2026 15:57   Paylaş

Martın 23-də keçirilən polis əməliyyatı ilə 8,6 kiloqrama yaxın narkotik vasitə və 1000 ədəd metadon həbi götürülüb.

"Stabil.az" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol