DİM: Magistraturaya qəbul imtahanının tarixi açıqlanıb
5 Fevral 2026 16:42   Paylaş

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində təşkil olunacaq.

"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edəcək bakalavrlar artıq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün müvafiq linkə daxil olmalıdırlar.

Qeyd edilib ki, imtahana gələrkən bakalavrlar şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkar edildikdə bakalavr imtahana buraxılmır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol