“Dərnəgül” dəmiryol dayanacağı sərnişinlərin istifadəsinə təqdim olunub
8 May 2026 09:32   Paylaş

Abşeron dairəvi dəmir yolu xətti üzərində yerləşən “Dərnəgül” dayanacağı istifadəyə verilib.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu gün səhər saatlarından artıq stansiyada qatarlar dayanır.

Məlumata görə, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərin icrası üçün müvafiq iş görülür, sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək istiqamətində növbəti addım olaraq bu stansiyada işlər yekunlaşdırılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol