Demoqrafik böhran: Çində əhali sürətlə azalır
26 Yanvar 2026 10:35   Paylaş

Çində əhalinin sayı ardıcıl olaraq dördüncü ildir ki, azalır. 2025-ci ildə ölkə əhalisi 3 milyon 390 min nəfər azalaraq 1 milyard 405 milyona düşüb.

"Stabil.az" xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb. Hesabata əsasən, ötən il ölkədə 7 milyon 920 min uşaq dünyaya gəlib ki, bu da son onilliklər ərzində qeydə alınan ən aşağı doğum göstəricisidir. Ölüm halları isə artaraq 11 milyon 310 min təşkil edib.

Qeyd olunur ki, Çin əhalisinin sayı son 60 ildə ilk dəfə 2022-ci ildən etibarən azalmağa başlayıb. Həmin il əhali 850 min nəfər azalıb, sonrakı iki il ərzində isə ümumi azalma 3 milyondan çox olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol