Dəmir yolunun Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Sərnişin tələbatının artması nəzərə alınaraq sentyabrın 19-u və 20-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
"Stabil.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-i (ADY) məlumat yayıb.
"Eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi hərəkət cədvəlinə uyğun olaraq gündəlik səfərlər təşkil edilir. Sərnişinlər qatar biletlərini dəmir yolu kassalarından, ADY-nin rəsmi internet saytından və “ADY Mobile” tətbiqindən əldə edə bilərlər", - deyə məlumatda qeyd olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





