Dəməşqin mərkəzində güclü partlayış olub, ölənlər var
2 İyul 2026 17:07   Paylaş

Suriyanın paytaxtı Dəməşqdə, Hicaz rayonunda Ədliyyə Sarayının yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin olduğu bildirilir.

"Stabil.az" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

İlkin məlumata görə, partlayış Ədliyyə Sarayının yaxınlığındakı kafedə baş verib. Ölən və xəsarət alanların dəqiq sayı hələ ki, müəyyən edilməyib.

Hadisənin təfərrüatı da dəqiqləşdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol