DÇ-2026: Paraqvay Almaniyanı penaltilərdə məğlub edərək növbəti mərhələyə yüksəlib
30 İyun 2026 09:38   Paylaş

2026-cı il dünya çempionatında Paraqvay yığması Almaniya üzərində penaltilər seriyasında qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.

"Stabil.az"ın məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) qol vuran futbolçular olublar.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi (4:3) 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol