DÇ-2026-nın çempionu İspaniya olub
20 İyul 2026 08:17   20 Jul 2026 09:55 Paylaş

Futbol üzrə dünya çempionatının finalında Argentinanı məğlub edən İspaniya millisi DÇ-2026-nın qalibi olub.

"Stabil.az"ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.

Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.

Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.

Qeyd edək ki, üçüncü yer uğrunda matçda İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gəlib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol