DÇ-2026: Kabo-Verde dünya çempionatında tarixi uğura imza atdı
Futbol üzrə dünya çempionatının H qrupunun III turunda Kabo-Verde Səudiyyə Ərəbistanı ilə 0:0 hesablı heç-heçə edərək ilk dəfə mundialın pley-off mərhələsinə yüksəlib.
"Stabil.az" xəbər verir ki, bu nəticə sayəsində Kabo-Verde ardıcıl üçüncü oyununda da məğlub olmayaraq 3 xalla qrupu ikinci pillədə tamamlayıb və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Kabo-Verde növbəti mərhələdə son dünya çempionu Argentina ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanı isə 2 xalla H qrupunu sonuncu sırada başa vuraraq mundialla vidalaşıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





