DÇ-2026: İsveçrə millisi Kolumbiyaya qalib gələrək 1/4 finala yüksəlib
8 İyul 2026 10:11   Paylaş

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin növbəti oyununda İsveçrə millisi 1/4 finala yüksəlib.

"Stabil.az" xəbər verir ki, İsveçrə millisi Kolumbiya ilə üz-üzə gəlib. "BC Place" stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0.

Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya, Belçika və Argentina milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol