DÇ-2026: İspaniya ilk finalçı oldu
Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
"Stabil.az" xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Mikel Oyarsabal (22-p.) və Pedro Porro (58) vurublar.
İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




