DÇ-2026: İspaniya Avstriya millisinə qalib gələrək 1/8 finala çıxıb
3 İyul 2026 10:59   Paylaş

Futbol üzrə dünya çempionatında İspaniya millisi Avstriya üzərində qələbə qazanaraq 1/8 final mərhələsinə vəsiqə əldə edib.

"Stabil.az"ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar 3:0 hesablı qələbə qazanıblar.

Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.

Qeyd edək ki, İspaniyanın 1/8 finaldakı rəqibi Portuqaliya - Xorvatiya cütünün qalibi olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol