DÇ-2026: İngiltərə və Argentina final uğrunda üz-üzə gələcək
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina ikinci finalçı olmaq uğrunda qarşılaşacaq.
"Stabil.az"ın məlumatına görə, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.
DÇ-2026
15 iyul
23:00. İngiltərə - Argentina
Baş hakim: İsmail Elfat (ABŞ).
Atlanta stadionu
Xatırladaq ki, yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib. DÇ-2026-nın final matçı iyulun 19-da baş tutacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





