DÇ-2026: İngiltərə Meksika millisinə qalib gələrək 1/4 finala yüksəlib
6 İyul 2026 09:25   Paylaş

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İngiltərə millisi Meksikaya qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

"Stabil.az"ın məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

İngiltərə yığmasında Cud Bellinqem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.

İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol