DÇ-2026: Holann, Mbappe və Mora tarixi göstəricilərə imza atıblar
1 İyul 2026 14:13   Paylaş

Futbol üzrə dünya çempionatının son oyunları Mbappe, Holann və Mora ilə bağlı yeni rekord və tarixi nailiyyətlərlə yadda qalıb.

"Stabil.az" FIFA-ya istinadən xəbər verir ki, Norveç millisinin hücumçusu Erlinq Holann yığmanın heyətində keçirdiyi 53-cü oyunda 60-cı qolunu vurub. O, həmçinin dünya çempionatındakı ilk üç görüşünün hər birində fərqlənməyi bacarıb.

Fransa millisinin hücumçusu Kilian Mbappe isə mundialların pley-off mərhələsində vurduğu qolların sayını 10-a çatdıraraq yeni rekorda imza atıb.

Meksika millisinin futbolçusu Hilberto Mora da tarixə düşüb. Yarımmüdafiəçi (17 yaş 259 günlük) dünya çempionatının pley-off mərhələsində start heyətində meydana çıxan ikinci 17 yaşlı və tarixdə ikinci ən gənc futbolçu olub. Bu göstəricidə onu yalnız 1958-ci il dünya çempionatında Uelsə qarşı oyuna 17 yaş 239 günlük olarkən start heyətində çıxan braziliyalı əfsanə Pele qabaqlayır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol