DÇ-2026: Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq
16 İyun 2026 19:43   Paylaş

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında I turun növbəti oyunları çərçivəsində Fransa Seneqal, Argentina isə Əlcəzair ilə üz-üzə gələcək.

"Stabil.az"ın məlumatına görə, I qrupunda Fransa yığması Seneqalla, İraq Norveçlə qarşılaşacaq.

J qrupunda isə Argentina seçməsi Əlcəzairi, Avstriya millisi İordaniyanı sınağa çəkəcək.

DÇ-2026

16 iyun

I qrupu

I tur

23:00. Fransa - Seneqal

Baş hakim: Alireza Faqani (Avstraliya).

Nyu-York/Nyu-Cersi stadionu

17 iyun

I qrupu

I tur

02:00. İraq - Norveç

Baş hakim: Pyer Aço (Qabon).

Boston stadionu

J qrupu

I tur

05:00. Argentina - Əlcəzair

Baş hakim: Şimon Marçinyak (Polşa).

Kanzas stadionu

08:00. Avstriya - İordaniya

Baş hakim: Dahan Beyda (Mavritaniya).

San-Fransisko Bay Area stadionu

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol