DÇ-2026: Fransa millisi Mərakeşi məğlub edərək yarımfinala yüksəlib
10 İyul 2026 09:55   Paylaş

Fransa millisi futbol üzrə dünya çempionatının 1/4 finalında Mərakeş yığmasını məğlub edərək yarımfinala vəsiqə qazanıb.

"Stabil.az"ın məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.

"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.

Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol