DÇ-2026: Belçika ABŞ millisinə qalib gələrək 1/4 finala adlayıb
Futbol üzrə dünya çempionatında Belçika ABŞ-ni məğlub edib.
"Stabil.az"ın məlumatına görə, Sietl stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 4:1 hesablı qələbə qazanıblar.
Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.
1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





