DÇ-2026: Avstriya İordaniya üzərində qələbə qazanıb
17 İyun 2026 11:06   Paylaş

Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyunu başa çatıb.

"Stabil.az"ın məlumatına görə, Avropa təmsilçisi rəqibini məğlub edib - 3:1.

Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Ali Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Al Arab avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib.

Xatırladaq ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol