DÇ-2026: Argentina İngiltərəni məğlub edərək finala vəsiqə qazandı
16 İyul 2026 10:59   Paylaş

Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.

"Stabil.az"ın məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar.

85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.

Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol