DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəlib
ABŞ pley-offa vəsiqə qazanan ilk yığma olub.
"Stabil.az"ın məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.
Bununla da iki oyundan sonra maksimum nəticə göstərən amerikalılar mundialın pley-offuna vəsiqə qazanıblar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





