Daşkənddə İslam Sivilizasiyası Mərkəzi və Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq memorandumu imzalayıblar
10 Aprel 2026 16:07   Paylaş

Özbəkistan İslam Sivilizasiyası Mərkəzi ilə mənzil-qərargahı Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondu arasında Daşkənddə əməkdaşlıq memorandumu imzalanıb.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, sənəd Əmir Teymurun irsinə həsr olunmuş beynəlxalq elmi konfrans çərçivəsində imzalanıb.

Memorandumu İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxalikov və Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova imzalayıblar.

Sənəd türk dünyasının mədəni irsinin beynəlxalq səviyyədə təşviqi və populyarlaşdırılması sahəsində əməkdaşlığın inkişafına yönəlib. Tərəflər, xüsusilə də, birgə layihələr və təşəbbüslər həyata keçirmək niyyətindədirlər.

Əməkdaşlıq mədəni tədbirlərin, sərgilərin və forumların təşkilini, elmi və təhsil proqramlarının keçirilməsini, həmçinin birgə materialların hazırlanmasını və nəşrini əhatə edəcək.

Bundan əlavə, memorandum bilik mübadiləsi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini və qarşılıqlı maraq doğuran digər təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol