Daşaltı əməliyyatı və Şuşada vurulan helikopterdə şəhid olanlar yad edilib
26 Yanvar 2026 13:50   Paylaş

1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan "Mİ-8" helikopterində şəhid olanların xatirəsi Şuşa Şəhidlər xiyabanında ehtiramla yad edilib.

"Stabil.az" bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə istinadən məlumat verib.

Qeyd olunub ki, anma mərasimində şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol