Danimarka 2035-ci ilədək hərbi çağırışçıların sayını iki dəfə artıra bilər
16 Mart 2026 15:52   Paylaş

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen hərbi çağırışçıların sayının 2035-ci ilə qədər iki dəfə artırılaraq 13 min nəfərə çatdırılmasını təklif edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Troels Lund Poulsenin sədri olduğu Liberal Partiyasının saytında dərc olunmuş bəyanatda deyilir. Nazirin sözlərinə görə, Danimarkanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müttəfiqlər qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün daha çox hərbçiyə ehtiyacı var. Plana əsasən, 2033-cü ilədək çağırışçıların sayı 6 min 500 nəfərə, 2035-ci ilədək isə 13 min nəfərə çatdırılmalıdır.

Bəyanatda qeyd olunur ki, çağırışçıların sayının artırılması hərbi infrastrukturun genişləndirilməsini, o cümlədən yeni kazarmaların inşasını tələb edəcək. Sənəddə, həmçinin bildirilir ki, Danimarkanın hərbi xərcləri son illərdə əhəmiyyətli dərəcədə artıb. Cari ildə yeni avadanlıqların alınması və hərbi infrastrukturun yenilənməsi sayəsində ölkənin müdafiə büdcəsi ümumdaxili məhsulun 3,5 faizinə yüksəlib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol