CNN, MS NOW və “Politico” Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin üç əsas xəbər qurumu – CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırılmasına görə ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırıb.
"Stabil.az" xarici mediaya istinadən xəbər verir ki, təşkilatlar ABŞ Konstitusiyasının birinci düzəlişinə istinad edərək, öz resurslarına çıxışın bərpa olunmasını tələb ediblər.
CNN, MS NOW və "Politico" bildiriblər ki, Ağ Ev onların jurnalistlərinin akkreditasiyasını əvvəlcədən xəbərdarlıq etmədən və heç bir prosedura riayət etmədən ləğv edib.
Qeyd edək ki, sentyabrın 19-da Tramp CNN, MS NOW və "Politico" üçün Ağ Evə girişin qadağan edildiyini elan edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





