Çinin xarici işlər naziri ilk dəfə Finlandiyaya səfər edəcək
Çinin xarici işlər naziri Van İ iyulun 5-də ilk dəfə rəsmi səfərlə Finlandiyanın paytaxtı Helsinkiyə gedəcək.
"Stabil.az" Finlandiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Çin xarici işlər nazirinin Finlandiyaya ilk səfəridir.
Səfər çərçivəsində o, Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşəcək.
XİN-dən qeyd ediblər ki, nazirlər Finlandiya-Çin münasibətlərini, xarici siyasət və təhlükəsizliklə bağlı cari məsələləri, eləcə də Avropa İttifaqı (Aİ) və Çin arasındakı münasibətləri, Rusiya-Ukrayna münaqişəsini, Avropanın təhlükəsizliyini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
Səfər zamanı Van İ Finlandiya Prezidenti Aleksandr Stubb ilə də görüşəcək.
Çin XİN başçısı Finlandiya ilə yanaşı, Danimarka, İsveç və Norveçə də səfər edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





