Çinin humanoid bazarı: “Narahat olmalıyıqmı?”
Çinin humanoid robotlarının bir zamanlar istehza mövzusu olduğu günlər artıq geridə qalıb. Bu gün inanılmaz dərəcədə real görünən və sərbəst hərəkətləri ilə diqqəy çəkən bu robotlar qlobal miqyasda adi hala çevrilməyə hazır görünür.
“Stabil.az”ın məlumatına görə, bir neçə gün əvvəl humanoid robotlar Çinin dövlət televiziyasında yayımlanan Bahar Festivalı Qala gecəsində səhnənin əsl ulduzuna çevrildi.
Bu, ölkənin robototexnika sənayesinin cəmi bir neçə il ərzində nə qədər irəlilədiyini nümayiş etdirir. Lakin ekspertlərin fikrincə, məxfiliklə bağlı narahatlıqlar, məlumatların toplanması və məşğulluğa mümkün təsirlər fonunda bu kütləvi maraq artımı inkişaf etmiş robot texnologiyası üçün “yaxınlaşan köpük” riski yarada bilər.
İnsanabənzər maşınlar minilliklər boyu mifologiya və hekayələrdə yer alıb. Bununla belə, ekspertlər onların “praktik istehlakçı məhsullarına” çevrilməsinin tamamilə real olduğunu bildirirlər.
Qeyd etmək lazımdır ki, digər sahələrdəki irəliləyişlər də sektorun sürətlə inkişafına kömək edib. Elektrikli avtomobil sənayesi sayəsində batareya tutumu, mühərriklər və sensorlarda böyük təkmilləşmələr baş verib, bu avadanlığı idarə edən süni intellekt sistemləri isə gücünü bir qədər də artırıb.
Çinin aparıcı robot şirkətlərindən biri olan Unitree hazırda G1 humanoid robotu üçün 13 500 dollar həcmində ilkin qiymət təklif edir.

Bəs bu texnologiyanın inkişafı üçün əsas investisiyalar haradan gəlir?
“South China Morning Post” yazır ki, 2025-ci ildə qlobal humanoid bazarının dəyəri 2,5 milyard dollar olub ki, bu məbləğin yarısı Çinin payına düşüb.
“The Economist” isə Çinin robototexnika sənayesinin qaynar inkişaf mərhələsində olduğunu və dünyanın humanoidlər üçün ən dərin təchizat zəncirinə ev sahibliyi etdiyini yazıb. “Omdia” tədqiqat şirkətinin məlumatına görə, ötən il qlobal miqyasda 14 500-dən çox avtomatik cihaz tədarük edilib ki, bu da əvvəlki illə müqayisədə təxminən 400% artım deməkdir. Burada Çinin iki aparıcı şirkəti – “Agibot” və “Unitree” ümumi həcmin təxminən dörddə üçünü təşkil edib.
Mütəxəssislər vurğulayır ki, yerli hökumətlər də təchizat zəncirinin vacib halqalarıdır. Onlar olmadan sənayeni saxlamaq və ya böyütmək, mövcud şirkətləri ayaqda tutmaq çətin olardı. Bəzi yerli hakimiyyət orqanları şirkətlərin robotlarına konkret tapşırıqları məşq etdirməyə və gələcək təlim üçün məlumat toplamağa imkan verən xüsusi mərkəzlər yaradıblar.
İnvestorlar maliyyələşdirmə qərarlarını yalnız şirkətin texnoloji imkanlarına görə deyil, həm də yerli hökumət resurslarına çıxış imkanına əsasən verirlər.

Bununla elə, “Forbes” yazır ki, Çin bu sahədə bazar lideri olsa da, amerikalı milyarder İlon Maskın “Tesla” şirkəti də rəqabət aparmağa çalışır. Qeyd olunur ki, şirkət elektrik avtomobil istehsalından “süni intellekt robototexnika platformasına” doğru “əhəmiyyətli dönüş” edib. “Unitree” və “Agibot” humanoidlərinin fiziki bacarıqları açıq şəkildə görünür, lakin investorlar hesab edir ki, “Tesla”nın əsas fərqləndirici cəhəti onu idarə edən “mürəkkəb süni intellekt beyni”dir.
Hazırda humanoid robotlarının bacarıqlarının sürətlə təkmilləşməsi və bu sistemlərin inkişaf erməsi fonunda “Narahat olmalıyıqmı?” sualını verir. İsveç Müdafiə Universitetindən Hans Livang bildirib ki, çox da uzaq olmayan gələcəkdə hərbi və təhlükəsizlik təşkilatlarında insan və heyvanabənzər robotlardan istifadəni müşahidə edə bilərik.
Çinin robototexnika bazarındakı sürətli artım Qərbdə bəzi dairələri narahat edir. Onlar hesab edirlər ki, humanoidlər dünyanın ən böyük sənayelərindən birinə çevriləcək. Artıq bu istiqamətdə investisiyaların artdığını da görmək olar. “Morgan Stanley” investisiya bankının proqnozuna görə, 2050-ci ilə qədər ətrafıçızda bir milyard belə humanoid model görə bilərik və bu proses çərçivəsində illik xərclər 7,5 trilyon ABŞ dollarını keçə bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




