Çinin Hubey əyalətində tufan 11 nəfərin həyatına son qoyub
Mərkəzi Çinin Hubey əyalətinin şərqində tufan və güclü külək nəticəsində 11 nəfər ölüb, bir nəfər itkin düşüb.
"Stabil.az" xəbər verir ki, "Sinxua" agentliyi əyalət hakimiyyət orqanlarının bəyanatlarına istinadən bu barədə məlumat yayıb.
Ekstremal hava şəraiti səbəbindən bu ərazidə 22 bina dağılıb və daha 4 855 binaya ziyan dəyib, nəticədə 331 yerli sakin zərər çəkib.
Bildirilib ki, əyalətdə genişmiqyaslı xilasetmə və humanitar əməliyyatlara başlanılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





