Çində yanan gəmidə azı 20 nəfər ölüb
10 Sentyabr 2026 16:56   Paylaş

Çinin Çindao şəhərindəki gəmiqayırma zavodunda təmir edilən xarici yük gəmisində baş verən güclü yanğın nəticəsində azı 20 nəfər ölüb.

"Stabil.az" xəbər verir ki, yanğın yerli vaxtla saat 11:15-də başlayıb. Həmin vaxt gəmidə 42 nəfər olub.

Açıq sahədə yanğın 14:30-da nəzarət altına alınıb. Gəmidəki işçilərdən 12-si təxliyə edilib, 5-i xəsarət alıb. İtkin düşən 25 nəfərdən 20-nin meyiti tapılıb. Digərlərinin axtarışları davam edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol