Çində turistləri daşıyan qayıq batıb, itkilər var
17 Fevral 2026 22:24   18 Feb 2026 01:12 Paylaş

Çinin cənub-qərbindəki Yunnan əyalətində turistləri daşıyan qayığın batması nəticəsində ən azı 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Stabil.az" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çusion şəhərindəki kurortun ərazisində yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 12:30) baş verib. Xilasedicilər xəsarət alan 4 nəfəri xəstəxanaya çatdırıb. Sonradan onlardan ikisinin öldüyü açıqlanıb.

Hadisənin səbəbləri açıqlanmayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol