Çində narkotik, qətl və dələduzluq ittihamı ilə 11 nəfər edam edilib
29 Yanvar 2026 11:42   Paylaş

Çində qətl, dələduzluq və narkotik alveri ittihamları ilə məhkum olunmuş cinayətkar sindikatın 11 üzvü edam edilib.

“Stabil.az” xəbər verir ki, məlumatı “Sinxua” agentliyi yayıb.

Edam qərarı Çinin şərqindəki Cjetszyan əyalətinin Vençjou şəhərinin məhkəməsi tərəfindən verilib və Ali Xalq Məhkəməsinin təsdiqindən sonra icra olunub.

Məlumata görə, “Min Ailəsi” sindikatı Çin sərhədi boyunca Myanmanın şimalında fəaliyyət göstərib və dələduzluq qurbanları əsasən Çin vətəndaşları olub. Sindikat 10 milyard yuandan (təxminən 1,4 milyard dollar) çox qumar və dələduzluq əməli həyata keçirib, həmçinin insanların qanunsuz saxlanması və qəsdən adam öldürməkdə təqsirləndirilib. Onlar 14 Çin vətəndaşının qətlində və altı nəfərin yaralanmasında ittiham olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol