Çində mədən qəzası: yeddi nəfər həlak olub
Çinin şərqində yerləşən Şandun əyalətində qızıl mədənində baş verən qəza nəticəsində azı yeddi nəfər həyatını itirib.
"Stabil.az" xəbər verir ki, bu barədə “Penpay” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Çjaoyuan şəhər dairəsində yerləşən Tsançjuan qızıl mədənində qeydə alınıb. Qəza zamanı şaquli şaxtada qaldırıcı qəfəsin düşdüyü bildirilir.
Fevralın 7-də baş vermiş hadisənin səbəbləri ilə bağlı araşdırmaya başlanılıb.
Eyni zamanda, qəza ilə bağlı məlumatın gizlədilməsinə cəhd göstərildiyi iddiaları əsasında şaxtanı istismar edən şirkət barəsində ayrıca araşdırma aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





