Çində leysan yağışları minlərlə insanın təxliyəsinə səbəb olub
Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətində bazar ertəsindən yağan güclü yağışlar səbəbindən 9 mindən çox sakin təxliyə edilib.
"Stabil.az" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Duyun şəhərində daşqınla əlaqədar fövqəladə hallara reaksiya səviyyəsi III-dən II-yə qaldırıldığı üçün məktəblərin fəaliyyəti dayandırılacaq.
Hazırda insan tələfatı barədə məlumat yoxdur.
Leysan yağışları prefekturanın bəzi ərazilərində elektrik təchizatında pozuntulara səbəb olub və elektrik enerjisinin verilişinin bərpası üçün 1000-dən çox mütəxəssis səfərbər edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





