Çində kömür mədənində baş verən qəza 50-dən çox insanın həyatına son qoyub
23 May 2026 09:50   Paylaş

Çinin şimalında yerləşən kömür mədənində baş verən qəza nəticəsində 50-dən çox insan həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən məlumat yayıb.

Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsini aşması səbəb olub.

Hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər 201 nəfəri təxliyə edib və səkkiz qurbanın meyitini çıxara biliblər.

Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb. Yer altında qalan mədənçilərin xilasetmə işləri davam edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol